Dünya

Son ​4 ildə ilk dəfə Yaponiya ilə Çin danışıqlar masasına oturur

Metbuat.az

Bakı. 19 mart. REPORT.AZ/ Son 4 ildə Çinlə Yaponiya müdafiə və xarici işlər nazirləri səviyyəsində ilk dəfə danışıqlar aparır.


"Report" xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb.


2011-ci ildən mübahisəli adalarla (Yaponiya adaları Senkaku, Çin isə Dyaoyuydao adlandırır) bağlı iki ölkə arasında danışıqlar prosesi dayandırılıb.


Bundan başqa, rəsmi Pekin İkinci Dünya müharibəsi zamanı Yaponiyanın Çinə təcavüz etməsi ilə bağlı Tokionun üzr istəməyə hazır olmamasından da narahatdır.


Məlumatda bildirilib ki, tərəflər dinc münasibətləri dəstəkləmək üçün səmimi danışıqların vacibliyini də vurğulayırlar.