Dünya
ANS PRESS
Şokin: Prezidenti tuta bilərəm
"Mənim uçun “toxunulmaz şəxs” yoxdur. İstər prezident olsun, istər baş nazir, yaxud başqa vəzifəli şəxs, cinayət əməli törədibsə, mütləq məsuliyyətə cəlb olunmalıdır.”
ANS PRESS-in məlumatına görə, bu sözlər Ukraynanın baş prokuroru Viktor Şokinə məxsusdur.
O, “İnter” telekanalına müsahibəsində bildirib ki, Ukraynanın Baş prokurorluğu Nazirlər Kabinetində korrupsiya ilə bağlı faktları araşdıracaq. Baş nazir Arsen Yatsenyuk da bu barədə ifadə verməyə hazırdır. Hökumətdə mümkün korrupsiya faktları bir ay ərzində yoxlanılacaq.
Xatırladaq ki, bu il martın 25-də Ukrayna Fövqəladə Hallar Xidmətinin rəhbəri və onun müavini hökumətin iclası zamanı salonda həbs olunublar.
MənbəANS PRESS