Dünya

ŞOK: İsrail İsa peyğəmbəri öldürmək ittihamı ilə beynəlxalq tribunala verildi

Metbuat.az

İsrail dövləti İsa peyğəmbərin ölümündə günahlandırılır

Keniyalı vəkil İsrail və İtaliyanı İsa peyğəmbərin ölümündə günahlandırır.

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, vəkil Dola İndidis İsa peyğəmbərin ölümü ilə bağlı Haaqadakı Beynəlxalq Tribunala müraciət edib. Ərizəyə əsasən, vəkil İsa peyğəmbərin çarmıxa çəkilməsində İtaliya və İsrail dövlətlərinin məsuliyyət daşımalı olduğunu iddia edib.

Vəkil “sübut istəyirsinizsə, sübut  müqəddəs Bibliyadır. Müqəddəs kitabı da inkar edə bilməzsiniz. Mənim vəzifəm İsanın ləyaqətini qorumaqdır”.