Ölkə

Sloveniya parlamenti Milli Şurasının sədri Dövlət Bayrağı Meydanı ilə tanış olub

Metbuat.az

Bakı, 3 mart,

AZƏRTAC

 


Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyəti martın 3-də Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olub.


AZƏRTAC

xəbər verir ki, nümayəndə heyətinə meydan və onun ərazisində həyata keçirilən abadlıq, tikinti-quruculuq işləri haqqında məlumat verilib.


Sonra qonaqlar Dövlət Bayrağı Muzeyi ilə tanış olublar. Onlara burada nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.