Ölkə
AZƏRTAC
Siyəzəndə alternativ enerji ilə təchiz olunan çoxfunksiyalı idman zalı fəaliyyət göstərəcək
Siyəzən, 28 mart, Elxan Yusifli,
AZƏRTACAzərbaycanın şimal bölgəsində alternativ enerji ilə təchiz olunacaq ilk idman zalı Siyəzəndə fəaliyyət göstərəcək.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sifarişi əsasında inşa olunan idman qurğusunun bünövrəsi və dayaqları artıq hazırdır. Üçmərtəbəli binanın metal konstruksiyaları quraşdırılır. Burada çoxfunksiyalı idman zalı və inzibati otaqlar olacaq. Tikinti başa çatdırıldıqdan sonra elektrik enerjisinin istehsalı üçün binanın damında günəş batareyaları quraşdırılacaq. İdman zalının enerji təchizatı yalnız günəşdən alınan enerji hesabına ödəniləcək.
İdman qurğusunun bu il istifadəyə verilməsi nəzərdə tutulub.