Şirniyyat sexində istehsalın qarşısı alınıb
Bakı, 10 mart,
AZƏRTAC
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran ərazi idarəsi tərəfindən daxil olmuş məlumat əsasında Lənkəran şəhəri, Nizami küçəsində yerləşən gizli və qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərən şirniyyat sexində yoxlama aparılıb.
Komitədən
AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı bu sexdə heç bir normativ sənəd, reseptura, gigiyenik və uyğunluq sertifikatları olmadan paxlava, şəkərbura və bulka məmulatlarının istehsal edildiyi aşkarlanıb. Həmçinin istehsal zamanı istifadə olunan xammalın açıq və antisanitar şəraitdə saxlanması, mal qonşuluğuna əməl olunmaması faktları da aşkarlanıb.
Nəticədə Aliyə Səmədovaya məxsus sexdə şirniyyat istehsalı və satışı dayandırılıb, qanunvericiliyə müvafiq tədbirlər görülüb.