Ölkə

Siqaret çəkməyin nəticələrini müəyyən etmək üçün yeni metod

Metbuat.az

Bakı, 31 mart,

AZƏRTAC

Alimlər tütün tüstüsünün tərkibində olan müxtəlif kimyəvi maddələrin ağ ciyər toxumasına təsirini sınaqdan keçirmək üçün onun üçölçülü modelini işləyib hazırlayıblar.

AZƏRTAC

xarici KİV-lərə istinadla xəbər verir ki, model “MucilAir” adlandırılıb.


Hazırda testlər üçün hüceyrə xətlərindən istifadə olunur, lakin bu xətlər onların əsl strukturunu və ağ ciyər toxumasının fəaliyyətini əks etdirmir. Mübadilə proseslərinin çoxu bu prototiplərdə ləng gedir. Buna görə də əldə olunmuş nəticələri insan orqanizminə tətbiq etmək çətindir.


“MucilAir”in səmərəliliyi çox yüksəkdir. Alimlər burun boşluğu hüceyrələri üzərində tənəffüs yolları epitelisi hüceyrələri yetişdiriblər. Model həyat qabiliyyətini altı ay ərzində saxlayır. Tütün tüstüsünün zərərini müəyyən etmək üçün bu tüstü ilə süni ağ ciyər hüceyrəsinə davamlı təsir göstərmək olar.