Dünya

Sinqapurun əfsanəvi lideri öldü

Metbuat.az

Sinqapurun azadlığı üçün əlindən gələni edən görkəmli dövlət xadimi dünyasını dəyişib.



ANS PRESS-in məlumatına görə, bir zamanlar ingilis müstəmləkəsi olan Sinqapuru müstəqil bir dövlətə çevirən, eyni zamanda ölkəni Uzaq Şərqin parlaq ölkələrindən biri halına gətirən əfsanəvil lider Li Kuan Yu 91 yaşında dünyasını dəyişib. Bu barədə Sinqapur hökuməti tərəfindən açıqlama verilib.



31 il Sinqapurun baş naziri olaraq siyasi fəaliyyət göstərən mərhum liderin ölümü ilə əlaqədar olaraq ölkəsində 7 günlük matəm elan edilib.



Sinqapur Respublikasının birinci Baş naziri Li Kuan Yunun vəfatı ilə bağlı baş sağlığı bildirənlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də var. O, Sinqapur prezidentinə ünvanladığı məktubda mərhumun ailəsinə və bütün Sinqapur xalqına başsağlığı verib.

Mənbə
ANS PRESS