Digər

Şimali Avropada ilk “3D” kafe açılıb

Metbuat.az

Finlandiyanın Tampere şəhərinin mərkəzində "3D Crush" adlı kafe açılıb.



ANS PRESS-in məlumatına görə, adı çəkilən kafenin ziyarətçiləri içəridə qurulmuş "3D" printerin köməyi ilə müxtəlif predmetləri çap edə və ya sadəcə, qurğunun iş prosesini izləyə bilərlər. Bu barədə "ICTnews" elektron xəbər xidməti bildirir.



İlk öncə "3D" skaner orijinalı skan edir, bundan sonra printer öz işini görür. Sözügedən qurğunun köməyi ilə telefon üçün çexol və ya üçölçülü "selfi" çap etmək olar. "3D" çap xidmətinin dəyəri baha deyil. Məsələn, brelok kimi kiçik əşyanın çapı 1,5 avroya başa gələcək.



Qeyd etmək lazımdır ki, bundan əvvəl başqa ölkələrdə oxşar kafelər açılıb, "3D" çap texnologiyası isə tədricən həyatımıza daxil olur. Məsələn, Çində "3D" printerlərin köməyi ilə binalar inşa edilir.

Mənbə
ANS PRESS