Ölkə

Şimalda gənclərin Yaşıl Biznes Sahibkarlıq İnnovasiyası

Metbuat.az

Bakı, 19 mart,

AZƏRTAC

Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Quba regional ofisi “Yaşıl biznes sahibkarlıq innovasiyası” proqramının reallaşdırılmasına başlayıb.


GTM-dən

AZƏRTAC

-a bildiriblər ki, layihənin əsas məqsədi ölkəmizin turizm əhəmiyyətli şimal bölgəsində gənclərin ekoturizm quruculuğu sahəsində düzgün maarifləndirilməsinə kömək etmək, onların bu sahədə bacarıqlarını artırmaq və məsləhət almalarına şərait yaratmaqdır. Eyni zamanda, gənclərin ekoloji turizm obyektlərinin və təbiət abidələrinin mühafizəsinə, biomüxtəlifliyin qorunmasına hesablanmış sahibkarlıq fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulub.


Layihə çərçivəsində keçiriləcək maarifləndirmə tədbirlərində gənclərə yeni biznes modelləri, yerli biznesin inkişaf dinamikası, vergi qanunvericiliyi və digər məsələlərlə bağlı məlumat veriləcək, yerli icra hakimiyyəti orqanlarının və aparıcı biznes müəssisələrinin nümayəndələri tərəfindən görüşlər təşkil ediləcək.