Digər
Milli.Az
Siddiqə Məmmədovaya "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verildi
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev S.R.Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında sərəncamı imzalayıb.
Milli.Az
AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan elminin inkişafında böyük xidmətlərinə görə Siddiqə Rza qızı Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilsin".
Milli.Az