Dünya

​Səudiyyə Ərəbistanı Yəməndə hərbi əməliyyatlara başlayıb

Metbuat.az

Bakı. 26 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri Yəmən ərazisində hərbi kampaniyaya start verib.


"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, bu barədə Krallığın Birləşmiş Ştatlardakı səfiri Adil əl-Cubey jurnalistlərə açıqlamasında bildirib.


"Əməliyyatların aparılmasında məqsəd ölkənin qanuni hökumətini müdafiə etməkdir", - deyə o qeyd edib.


Səfir bildirib ki, Yəməndə kampaniya havadan zərbələrin endirilməsindən ibarət olacaq.


Döyüş əməliyyatlarında daha doqquz ölkənin qoşunu iştirak edir. Hazırda Yəmən hakimiyyəti şiə üsyançılar - husilərin əlindədir.