Dünya
Səudiyyə Ərəbistanı və koalisiya hava qüvvələri Yəmənə növbəti hava zərbələri endirib
[ 26 Mart 2015 22:23 ]
Bakı-APA. Səudiyyə Ərəbistanı və koalisiyaya məxsus döyüş təyyarələri Yəmən ərazisinə növbəti zərbələr endirib.
APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, hava hücumu zamanı şiə qiyamçılarının (husilər) nəzarətində olan Taiz şəhərindəki hərbi baza bombalanıb.
Qeyd edək ki, bu arada ərəb dövlətləri müttəfiq silahlı qüvvələrinin yaradılmasına dair qətnamə layihəsini razılaşdırıb.