Dünya

Səudi qüvvələri Yəmənə girdi

Metbuat.az
Səudiyyə Ərəbistanı Yəməndəki vəziyyətə görə hərbi müdaxilə etməli olub

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri Yəmən ərazisində hərbi əməliyyatlara start verib.



Anspress

-in məlumatına görə, bu barədə Səud krallığının Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfiri

Adil əl-Cübeyr

açıqlama verib.



Əl-Cübeyr jurnalistələrə açıqlamasında krallığa məxsus HHQ-nin bir neçə şəhər üzərində reyd keçirdiyini deyib.



“Biz Yəməndə əməliyyat aparmaqla ölkədəki qanuni hökuməti müdafiə edirik”, - deyə səfir sözlərinə əlavə edib.



Səfirin sözlərinə görə, Krallığın Yəməndə HHQ əməliyyatı havadan zərbələrin endirilməsindən ibarət olacaq.



Qeyd edək ki, Yəməndə hazırda siyasi böhran hökm sürür. Ölkənin cənubuna "Əl-Qaidə" nəzarət edir, mərkəzdə isə prezident qüvələri ilə husilər arasında döyüşlər gedir. Hakimiyyət şiə üsyançılar - husilərin əlindədir. Ölkə prezidentinin isə qaçaraq Ədən şəhərinə sığındığı bildirilir.



Milli.Az