Dünya

Serj Putini arxadan vurur

Metbuat.az

Astanada Avrasiya İttifaqı ölkələrinin görüşünə Ermənistan liderinin dəvət edilməməsi İrəvanda bəziləri tərəfindən sevinclə qarşılanır.



ANS PRESS-in məlumatına görə, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib ki, rəsmi İrəvanın bu görüşə getməyə ehtiyacı yoxdur. “Çünki Avrasiya İttifaqının təsisçiləri öz aralarında olan problemləri müzakirə edəcəklər, amma Ermənistanın onlarla heç bir problemi yoxdur”, - deyə Koçaryan vurğulayıb.



Bir sıra erməni ekspertləri Koçaryanın bu sözlərini siyasi riyakarlıq kimi dəyərləndirirlər. “Avrasiya İttifaqı sürətlə öz siyasi reytinqini itirir”,- deyə bildirən erməni publisist Anuş Sedrakyan vurğulayır.



Onun fikrincə, Avrasiya İttifaqı artıq Ermənistanı maraqlandırmır: “Ermənistan öz işini gördü və artıq Avrasiya İttifaqından getməlidir”. Rusiyadan gələn transfertlərin azaldığını vurğulayan xanım publisist 21-ci əsrin trendinin Avropa Birliyi olduğunu bildirir.



Anuş Sedrakyan istər-istəməz “Qarabağ” klanının indiki başçısı Serj Sarkisyanın mənəvi portretini təsvir edib. Sarkisyanın bütün siyasi karyerası yaltaqlıq və satqınlıq üstündə qurulub. Azərbaycanda komsomol funksioneri olanda Serjik öz azərbaycanlı rəislərinə yaltaqlıq edib sadiqliq göstərməkdə aç qazanmışdı. SSRİ-i dağılandan sonra isə Serjik dinc azərbaycanlıları məhv edən quldur qruplaşmasının liderlərindən birinə çevrildi.


Mənbə
ANS PRESS