Şou

“Sənəti olmayanlar efiri zəbt edib”

Metbuat.az

Müğənni Nurlan Əzizbəyli gənc ifaçılardan şikayətlənib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Yeri gəlmişkən” verilişində gənclərin bir-birini təkrarladığını bildirb:

“İndi sənəti olmayanlar efirləri zəbt edib. Hansı kanalı açırsan eyni simalar, səsi olmayanlar. Belə olmaz axı. Bizim istedadlı sənətkarlarımız var, hamısı qalıb kənarda. İndiki ifaçılar bir-birinə bənzəyir, eyni tərzdə oxuyur. Üzlərinə baxmasan, təqdimatı eşitməsən, elə bilərsən ifa edən bir adamdır. İstedadlılara da imkan yaradılmalıdır. Onsuz istedadsız harda olsa özünə yer tapacaq".