Dünya

Senatora qarşı korrupsiya ittihamı

Metbuat.az

ABŞ-ın Ədliyyə nazirliyi Nyu-Cersi ştatını təmsil edən Demokrat partiyasının üzvü,  senator Robert Menendesə qarşı cinayət işi açmaq niyyətindədir.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, korrupsiyada şübhəli bilinən senatora yaxın vaxtlarda ittihamın irəli sürüləcəyi gözlənilir.

Qeyd olunur ki, Menendesin nümayəndələri məlumatı şərh etməkdən boyun qaçırıblar.