Ölkə
Şəmsəddin Hacıyev YAP-ın Səbail rayon təşkilatının sədri seçilib? - rəsmi açıqlama
Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Elçin Mehdiyev/
Martın 12-də Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib.
YAP-ın mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iclasda təşkilati məsələlər müzakirə edilib.
YAP-ın Səbail rayon təşkilatının sədri vəzifəsinin icrası növbəti konfransa qədər təşkilatın İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmləri doktoru Şəmsəddin Hacıyevə həvalə edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az