Digər

Şəmkirdə yaşayış evində partlayış baş verib

Metbuat.az

[ 24 Mart 2015 12:56 ]



Bakı. Fuad Cəfərov - APA. Şəmkirdə yaşayış evində partlayış qeydə alınıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 22-də saat 21:00 radələrində Şəmkir rayonunun Dəllər-Daşbulaq kənd sakini Bakir Əliyevə məxsus evdə təbii qazın sızmasından partlayış baş verib.

Xəsarət alan olmayıb, sahəsi 40 kv. m olan otağın pəncərələri sınıb, tavan və döşəmə yararsız hala düşüb.