Digər

Şəmkirdə qohumlar bıçaq davasına çıxdılar

Metbuat.az

Şəmkir rayon sakini, 26 yaşlı

Elşad Mustafayev

üzərində bıçaq yaraları olan xəsarətlərlə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.



Kəpəz TV (Region TV) xəbər verir ki, əməliyyat olunan yaralı travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir. Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, Elşad Mustafayevi qohumu, 45 yaşlı

Natiq Mustafayev

bıçaqlayıb. Hələlik qanlı olayı törədən şəxsin saxlanılması mümkün olmayıb. Şəmkir polisi bu istiqamətdə əməliyyat axtarış tədbirlərini davam etdirir.



Milli.Az