Ölkə

Şəmkirdə gənc intihar etdi

Metbuat.az

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlkin İzzət/

Şəmkirdə 22 yaşlı gənc intihar edib.

Şəmkir rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun Keçili kənd sakini, 1993-cü il təvəllüdlü Sərxan Məhərrəmli yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az