Səmənini nə edək? (VİDEO)
Artıq Novruz bayramı bitmək üzrədir. Novruz bayramının əsas atributu olan səməni bərəkət nişanəsi kimi xalqın düşüncəsində mühüm yer tutduğundan onu zibilliyə atmaq günahdır.
ANS TV-nin məlumatına görə, səməni məhsuldarlıq, bolluq, eyni zamanda yazın gəlişi anlamını daşıyır. Min bir inancla becərilir. Səməni hansı niyyətlə becərdilirsə həmin şəxsin ürəyində tutduğu arzu mütləq gerçəkləşir.
Folklorşünas Məhəmməd Məmmədov deyir ki, səməni bolluq və nəsil artırma rəmzi olduğundan onu zibilliyə atmaq olmaz. Eyni zamanda səmənini becərkən insanlar öz ürəklərində arzu tutmalıdırlar.
Folklorşünasın sözlərinə görə, bayram bitdikdən sonra səmənini zibilliyə, natəmiz yerə atmaq olmaz. Solan səməni mütləq təmiz, axar suya atılmalıdır. İnanclara görə, onu suya atarkən mütləq niyyət edilməlidir. Bu adət-ənənə uzun illərdən bəridir ki, bir çox bölgələrimizdə qorunub saxlanılır. Məsələn, Qubada hər il bayramdan 14 gün sonra yəni aprelin 2-i səməni atdı mərasimi keçirilir.
Ürəyində arzu və niyyəti olan sakinlər səmənidən xonça düzəldib su başına gəlirlər, niyyət edərək səmənini suya atırlar. İnanclara görə, növbəti ilədək həmin şəxsin arzusu çin olur.
ANS-TV