Digər

Səməd Vurğunun nəvəsi Aygün Vəkilova dünyasını dəyişib

Metbuat.az

[ 18 Mart 2015 12:51 ]



Bakı. Cavid Zeynallı - APA. Səməd Vurğunun nəvəsi, şairin ev muzeyinin direktoru Aygün Vəkilova vəfat edib.

Ev muzeyindən APA-ya verilən məlumata görə, A.Vəkilova bu gün səhər saatlarında evində dünyasını dəyişib.

Qeyd edək ki, A.Vəkilova xərçəngdən əziyyət çəkirdi. Mərhumla vida mərasimi bu gün saat 15:30-da ev muzeyində keçiriləcək.