Digər

Şəkidə kişi özünü ürəyindən vurdu

Metbuat.az

Şəki sakini özünü güllələyərək intihar edib.



Şəki Şəhər Polis Şöbəsindən

APA

-ya verilən məlumata görə, hadisə rayonun Yeni Çələbixan kəndində qeydə alınıb. 1968-ci ildə anadan olmuş

İlqar Tofiq oğlu Əliyev

kustar üsulla hazırlanmış tapança ilə sinə nahiyəsinə atəş açaraq intihar edib. İ. Əliyev aldığı güllə yarasından hadisə yerində keçinib.


 


Məlumata görə, İlqar Əliyev ailəlidir,  iki övlad atasıdır.


 


Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb, araşdırma aparılır.



Milli.Az