Ölkə

Şəkərdən istİifadənin norması – günə altı qaşıq

Metbuat.az

Bakı, 5 mart,

AZƏRTAC

Şəkərin istifadə miqdarı 25 qramdan aşağı olmalıdır. Bu, təxminən altı çay qaşığına bərabərdir.


Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri hesab edirlər ki, bu normaya əməl etməklə piylənmə, eləcə də diş kariyesi riskini xeyli azaltmaq olar.


Mütəxəssislər qeyd edirlər ki, söhbət təmiz şəkərdən gedir. Bal, tərəvəz, meyvə və şirələrin tərkibində olan təbii şəkər isə sağlamlıq üçün təhlükə yaratmır.


DST ekspertləri, həmçinin xəbərdarlıq edirlər ki, tövsiyə edilən normanı keçmək çox asandır. Məsələn, cəmi bir banka “Coca-Cola”da 40 qram, bir xörək qaşığı ketçupda isə 4 qram şəkər var.