Ölkə

Səfir: “ABŞ və Azərbaycan arasında dörd sahə üzrə dialoq aparılması qərarlaşdırılıb”

Metbuat.az

[ 18 Mart 2015 16:28 ]


Bakı. Məlahət Nəcəfova - APA. “ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın səfəri ərzində bir sıra, eyni zamanda ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə edilib”.

APA-nın məlumatıma görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, dörd sahə üzrə dialoq aparılması qərarlaşdırılıb: “Bunlar enerji, iqtisadiyyat, təhlükəsizlik, demokratiya və vətəndaş cəmiyyəti sahələridir. Xanım Nuland Vaşinqtona qayıdandan sonra demokratiya və vətəndaş cəmiyyəti sahəsində hansı addımların atıla biləcəyi barədə işlər aparılmağa başlayıb. Biz fikirlərimizi Azərbaycana tərəfinə təqdim edəcəyik, Azərbaycan tərəfinin də fikrilərini öyrənəcəyik. Eyni zamanda hesab edirəm ki, bu sahədə vətəndaş cəmiyyətinin fikirlər öyrənilməli, onlarla da iş aparılmalıdır”.