Dünya
Associated Press
Şayiələrə son qoyuldu
İranın Ali dini lideri Ayətulla Əli Xameneyi paytaxt Tehranda ekologiya və ətraf mühit fəallarının qarşısında çıxış edib.
ANS PRESS-in məlumatına görə, 75 yaşlı liderin qəbulu öz iqmatəgahında keçirdiyi deyilir. İran mətbuatı bu görüşlə Ayətulla Əli Xameneyinin barəsində yayılan söz-söhbətlərə son verdiyini bildirib.
Son müddətdə İranın dini lideri barəsində onun ağır xəstəliyə düçar olduğu və bəzi mənbələrdə hətta onun vəfat etdiyi məlumatları yayılmışdı.
1989-cu ildən bəri İrana rəhbərlik edən Ayətulla Əli Xameneyi ötən ilin sentyabr ayında prostat vəzindən əməliyyat keçirmişdi.
MənbəAssociated Press