Dünya

Şaxtaçıların həlak olması ilə əlaqədar Ukraynada üçgünlük matəm elan olunub

Metbuat.az

Kiyev, 5 mart,

AZƏRTAC

Ukrayna Prezidenti Pyotr Poroşenko martın 4-də Donetskdə, A.F.Zasyadko adına şaxtada baş vermiş qəza nəticəsində mədən fəhlələrinin faciəli şəkildə həlak olması ilə əlaqədar martın 5-ni matəm günü elan edib.


Ehtimala görə, şaxtada metan qazı partlayıb. Ukrayna KİV-ləri 17 nəfərin öldüyü barədə xəbər verir, lakin faciə qurbanlarının dəqiq sayı hələ məlum deyil. Ukrayna Ali Radasının sədri Vladimir Qroysman 32 nəfərin həlak olduğunu bildirib.


Ukrayna Baş Prokurorluğu partlayış faktı ilə bağlı iş açıb.


Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiye

v