Saxalin qubernatorunun evində axtarış zamanı 200 kiloqram ağırlığında pul kütləsi tapılıb
Bakı, 9 mart,
AZƏRTACSaxalin vilayətinin qubernatoru Aleksandr Xorşavinin cinayət işində yeni epizodlar yarana bilər.
AZƏRTAC
Vesti.ru saytına istinadla xəbər verir ki, Rusiya istintaq komitəsinin məlumatına görə, qubernatorun evində axtarış zamanı müxtəlif valyutalarda bir milyard rubla yaxın pul tapılıb. Bu, təxminən 200 kiloqram ağırlığında pul kütləsidir. Üstəgəl 800 ədəd bahalı zinət əşyası, Moskvanın elit rayonlarında bəyan edilməmiş 3 premium-mənzil və təkcə təmirinə 130 milyon rubl xərclənmiş bağ evi.
İstintaqın aşkar etdiyi bu faktlar ada sakinlərini şoka salıb.
Xatırladaq ki, Saxalin vilayətinin qubernatoru martın 4-nə keçən gecə iş otağında həbs olunaraq Moskvaya gətirilib. Onunla birlikdə tabeliyindəki üç işçi də həbs edilib.
Aleksandr Xorşavin 5,5 milyon rubldan çox rüşvət almaqda ittiham olunur.