Dünya

Sarkozi yenə gəlir

Metbuat.az

Parisdən və Liondan başqa ötən gün Fransanın digər ərazilərində keçirilən bələdiyyə seçkilərinin ikinci turunda sabiq prezident Nikola Sarkozinin sağ-mərkəzçi Xalq Hərəkatı Naminə İttifaq Partiyasının qalib gəldiyi açıqlanıb.



ANS PRESS-in məlumatına görə, bu, aparılan exit-pollar nəticəsində məlum olub. Belə ki, indi hakimiyyətdə olan sosialistlər 30 bələdiyyədə məğlubiyyətə uğrayıblar. N.Sarkozinin partiyası isə 60 yerli bələdiyyədə qalib gəlib.



İfrat sağçı kimi tanınan Milli Cəbhə Partiyası isə bələdiyyə şurasına sahib olmaq üçün ümidini itirib.



Ekspertlərin fikrincə, bələdiyyə seçkilərini 2017-ci ildə ölkənin yeni prezidentini seçəcək fransızların əhval-ruhiyyəsinin göstəricisidir.



Xatırladaq ki, bundan əvvəl bələdiyyə şuralarının yalnız 41-i sağçıların nəzarətində olub.

Mənbə
ANS PRESS