Digər

Sarayda yanğın

Metbuat.az

Abşeron rayonunun Saray qəsəbəsində yanğın baş verib. Mili.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus, ümumi sahəsi 340 kv.m olan ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən 1 otağın yanar konstruksiyalarının bir qismi, 2-ci mərtəbədə 1 otağın döşəməsi və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



Milli.Az