Ölkə

Sarayda ev yandı

Metbuat.az

Saray qəsəbəsində yanğın hadisəsi qeydə alınıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus tikintisi başa çatmayan, ümumi sahəsi 340 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində yerləşən 1 otağın yanar konstruksiyaları 16 kv.m sahədə, 2-ci mərtəbədə 1 otağın döşəməsi 30 kv.m sahədə və dam örtüyü 100 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.