Digər

Saray qəsəbəsində ev yanıb

Metbuat.az

[ 24 Mart 2015 04:16 ]



Bakı-APA. Saray qəsəbəsində yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus tikintisi başa çatmayan, ümumi sahəsi 340 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində yerləşən 1 otağın yanar konstruksiyaları 16 kv.m sahədə, 2-ci mərtəbədə 1 otağın döşəməsi 30 kv.m sahədə və dam örtüyü 100 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.