Digər

Saqqallı oğlanı İŞİD-çi bilib ölümcül döydülər (FOTO)

Metbuat.az

İstanbulda bir nəfərə İŞİD terror qruplaşmasının üzvü bilərək fiziki təzyiq göstəriblər.



ANS PRESS-in məlumatına görə, İstanbulun Okmeydanı bölgəsində parkda gəzən Muhamməd Burak Sezər adlı şəxs saqqallı və sarıqlı olduğu üçün ətrafdakıların diqqətini çəkib və bu ona baha başa gəlib.



Şəxsin İŞİD-çi olduğunu düşünərək onunla mübahisə edərək onu döyüblər. Ərazidə olan digər vətəndaşlar isə dərhal 155-ə zəng edib polisə hadisə ilə bağlı məlumat veriblər.



Xəbəri eşidən polis qrupu zirehli maşınlarla hadisə yerinə gəlib. Şəxsin təsirsiz hala salındığını, daha dəqiq desək ölümcül halda döyüldüyünü görüblər və təcili yardım vasitəsilə xəstəxanaya göndəriblər.



Mətbuata açıqlama verən zərərçəkən şəxs boynundakı sarığın ağ rəngdə olduğunu, mənasının da Haqqı batildən ayırmaq olduğunu vurğulayıb: “Onların belə şeylərdən xəbəri yoxdur. Kimin kim olduğunu ayırd edə bilmirlər. Mən İstanbulda doğuldum, burada böyüdüm. Sadəcə gəzməyə çıxmışdım.”

Mənbə
ANS PRESS