Digər
"Sanki, bəzi qüvvələr bundan bir fürsət kimi istifadə edir"
“Hər dəfə Azərbaycan hansısa böyük beynəlxalq tədbir keçirəndə ölkəyə qarşı qarayaxma kampaniyası güclənir, sanki, bəzi qüvvələr bu tədbirlərdən bir fürsət kimi istifadə edir”. Bu barədə
Trend-ə Milli Məclisin deputatı
Məlahət İbrahimqızıilk Avropa Oyunları ilə bağlı bəzi beynəlxalq qurumların Azərbaycana qarşı apardıqları çirkli kampaniyalara münasibət bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycan artıq belə qarayaxmalara adi hal kimi baxır: “Eurovision” mahnı müsabiqəsi də keçirilən zaman belə qarayaxmaların şahidi olduq. Bir tərəfdən Azərbaycan Avropanın mədəniyyət müsabiqəsinə ev sahibliyi etdi, qonaqpərvərlik göstərdi, digər tərəfdən isə Azərbaycana qarşı qərəzli yanaşmalar oldu. Amma nəticədə Azərbaycan bu yarışmaya ən yüksək səviyyədə ev sahibliyi etdi”.
M.İbrahimzızı bildirib ki, dünyada baş verən böhranlara baxmayaraq Azərbaycan inkişaf edir, iri beynəlxalq layihələri həyata keçirir: “Təbii ki, Azərbaycanın gündə-günə inkişaf etməsini görmək istəməyən ermənipərəst qüvvələr Azərbaycanın imicini korlamaq üçün bu qarayaxma kampaniyasını apardılar. Bunlar hər dəfə belə böyük tədbirlər ərəfəsində Azərbaycana nə qədər təzyiq etsələr, onu qənimət bilirlər”.
M.İbrahimqızı hesab edir ki, bu cür təzyiqlərin və kampaniyaların heç bir təsiri olmayacaq: “Hesab edirəm ki, biz bu cür təzyiqlərə, çirkli kampaniyalara fikir verməməliyik, öz siyasətimizi davam etdirməliyik. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan bu tədbirdən üzüağ çıxacaq”.
Milli.Az
Milli.Az