Digər

Samir Şərifov ABŞ-ın yeni səfiri ilə görüşüb

Metbuat.az

Azərbaycanın maliyyə naziri, İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının həmsədri

Samir Şərifov

Birləşmiş Ştatların ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri

Robert Sekuta

nı qəbul edib.



Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın hazırkı sosial-iqtisadi vəziyyəti və qazanılmış uğurlar barədə geniş məlumat verən S.Şərifov Azərbaycan ilə Birləşmiş Ştatlar arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
R.Sekuta diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
 
Görüşdə maliyyə, regional əməkdaşlıq, enerji, investisiya və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir S.Şərifov səfir R.Sekutaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Milli.Az