Digər

Şamaxıda BMW yoldan çıxaraq aşıb, sürücü ölüb

Metbuat.az

[ 23 Mart 2015 15:37 ]


Şamaxı. Elvin Yaqubov - APA. Şamaxı rayonu ərazisində ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı-Çöl Göylər-Padarçöl yolunun 28-ci kilometrliyində qeydə alınıb.

Çöl Göylər kənd sakini, 1984-cü il təvəllüdlü Bayramov Tacir Bayram oğlunun idarə etdiyi 56-BA-946 dövlət nömrə nişanlı, BMW markalı minik maşını yoldan çıxaraq aşıb.

Sürücü T. Bayramov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.