Ölkə
AZƏRTAC
Şamaxı–Padarçöl avtomobil yoluəsaslı təmir olunur
Şamaxı, 25 mart,
AZƏRTACŞamaxı rayonunda 53 kilometrlik Şamaxı-Padarçöl avtomobil yolunun 27 kilometrində əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb.
AZƏRTAC
xəbər verir ki, rayonun 16 kəndində 26 min 500 nəfərə yaxın sakinin istifadə etdiyi yolun əsaslı təmiri “Azəryolservis” ASC-nin sifarişi ilə həyata keçirilir. Artıq Padar stansiyasından Şamaxının ÇölGöylər kəndinədək olan yol istifadəyə verilib.
Yolun Dağ Göylər-Şamaxı ərazisindəki 7 kilometrlik hissəsinə asfalt örtük vurulub.Avtomobil yolunda işlərin tezliklə tam başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.