Digər
Salyanda yağan yağış nəticəsində həyətyanı sahələrə su dolub
[ 17 Mart 2015 19:50 ]
Bakı. Ağa Cəfərli - APA. Salyan şəhərində yağan yağış nəticəsində həyətyanı sahələrə su dolub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq qurumları qeyd olunan ərazilərdə suyun çəkilməsi işlərinə cəlb olunublar.
Əməliyyat saat 18:00-da başa çatıb.