Digər

Salyanda iki evdə yanğın olub

Metbuat.az

[ 27 Mart 2015 15:33 ]



Bakı – APA. Salyan şəhərində iki evdə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə vətəndaşlara məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda olan ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 1 kv.m sahədə yanıb.

Qonşu evin qalan hissəsi yanğından mühafizə olunub.