Ölkə
Salyanda həyətyanı sahələrə su dolub
Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İlkin İzzət/
Salyanda həyətyanı sahələrə su dolub. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Nazirliyin “Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə” daxil olmuş məlumata əsasən, Salyan şəhərində yağan yağışın nəticəsində həyətyanı sahələrə su dolub.
FHN-in müvafiq qurumları qeyd olunan ərazilərdə suyun çəkilməsi işlərinə cəlb olunublar. Əməliyyat saat 18:00-da başa çatıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az