Dünya
Şahzadə Uilyam təcili yardım helikopterinin pilotu oldu
Britaniyalı şahzadə Uilyam ötən gün Bond Air Services təcili yardım xidmətinin pilotu vəzifəsində işə başlayıb. Lent.az-ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə kral ailəsinin rəsmi saytında bildirilib.
Yaxın bir neçə ay ərzində şahzadə əlavə hazırlıq kursu keçəcək və təlimi bitirdikdən sonra Şərqi İngiltərədə Air Ambulance xidmətində çalışacaq.
Helikopter pilotu lisenziyası şahzadə Uilyama fevralın sonunda təqdim olunub.