Ölkə

Şabranda Novruz bayramı münasibətilə at yarışları keçirilib

Metbuat.az

Şabran, 14 mart, Elxan Yusifli,

AZƏRTAC

Martın 14-də Şabran rayonunun Rəhimli kəndində Novruz bayramı münasibətilə at yarışları keçirilib.


AZƏRTAC

xəbər verir ki, yarışın final mərhələsində 20 çapar birincilik uğrunda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda rayonun Udulu kənd sakini Həsən Əliyev birinci, Uzunboyad kəndindən Vüqar Sultanov ikinci, Ağalıq kəndindən Pərviz Əsgərov isə üçüncü olub.


Sonda bütün iştirakçılara həvəsləndirici mükafatlar, Həsən Əliyevə isə kubok təqdim edilib.


Mərasimdə Novruz bayramının adət-ənənələri, milli mətbəximizin nümunələri nümayiş etdirilib və konsert proqramı təşkil olunub.


Qeyd edək ki, Şabranda artıq 8-ci ildir Novruz bayramı ərəfəsində at yarışları keçirilir.