Digər
Milli.Az
Şabranda maşınlar toqquşdu, ölən var - FOTO
RTV (Region TV) xəbər verir ki, bu gün səhər saatlarında Gəndob-Yalama yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə magistralın Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 90 JJ 574 dövlət nömrə nişanlı “DAF” markalı yük maşını ilə 17 BC 909 dövlət nömrə qeydiyyatlı “VAZ 2109” toqquşub.
Qəza nəticəsində minik maşınının sürcüsü, 1967-ci il təvəllüdlü
Osmanov Bəxtiyar Murad oğluölüb. Onun meyidi tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Milli.Az