Ölkə

Şabranda kənd təsərrüfatı idarəsi üçün inzibati binanın tikintisi yekunlaşmaq üzrədir

Metbuat.az

Şabran, 16 mart, Elxan Yusifli,

AZƏRTAC

Şabranda Kənd Təsərrüfatı Nazirliyinin yeni yaradılacaq rayon kənd təsərrüfatı idarəsi üçün inzibati binanın tikintisi yekunlaşmaq üzrədir.


AZƏRTAC

xəbər verir ki, nazirliyin tabeliyində olan yerli idarələrin fəaliyyət göstərəcəyi ikimərtəbəli inzibati binada son tamamlama işləri aparılır.


Binanın inşası Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə “Azəraqrartikinti” ASC tərəfindən həyata keçirilir. Ümumi sahəsi 405 kvadratmetr olan yeni inzibati binada işçilərin fəaliyyəti üçün hər bir şərait yaradılacaq. İnzibati bina ilə yanaşı, ərazidə müvafiq dərman preparatlarının saxlanılması üçün xüsusi otaqlar da tikilir.


İnşasına ötən ilin iyulunda başlanılan inzibati bina 2015-ci ilin may ayında təhvil veriləcək.