Digər

Sabirabadda yaşayış evi yanıb

Metbuat.az

[ 24 Mart 2015 10:46 ]



 Bakı. Fuad Cəfərov - APA. Sabirabadda yaşayış evində yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Nərimankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kv. m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndin və mətbəxin yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.