Digər
APA
Milli.Az
Sabirabad sakini yoldaşını "ovladı"
Hacıqabulda ov zamanı bədbəxt hadisə baş verib.
APA
-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə martın 23-də Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb.
Sabirabad rayon sakini
Xalis Xankişiyevov zamanı ehtiyatsızlıqdan tüfənglə atəş açaraq, həmyerlisi
Rüstəm Səmədova baş nahiyəsindən xəsarət yetirib. Nəticədə R.Səmədov xəstəxanaya yerləşdirilib.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən X.Xankişiyevdən müvafiq sənədləri olan “İJ-43” markalı ov tüfəngi götürülüb.
Milli.Az