Sabah şaxta olacaq
Aprelin 1-dək Azərbaycanda qeyri-sabit hava müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, martın 30-da Bakıda və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəcyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında martın 30-da temperatur gecə 3-5˚, gündüz 5-7˚ isti olacaq.
Martın 30-da Azərbaycanın rayonlarında havanın arabir yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında temperatur gecə 0-5˚, gündüz 5-10˚ isti, dağlarda gecə 0-5˚ şaxta, gündüz 0-5˚ isti olacaq.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin pisləşməsi haqqında xəbərdarlıq edib. Yenilənən məlumata görə, bu gündən etibarən Azərbaycan ərazisində hava şəraiti pisləşəcək və qeyri-sabit hava aprelin 1-dək müşahidə olunacaq.
Hava şəraiti əsasən şimal və qərb rayonlarından pisləşməyə başlayacaq. Rayonlarda havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.
Bakı və Abşeron yarımadasında da hava şəraiti qeyri-sabit keçəcək, arabir yağıntılı olacaq. Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə 7-8˚ aşağı düşəcək.
MənbəANS PRESS