Digər

Sabah çox isti olacaq

Metbuat.az

Martın 11-də ölkə ərazisində hava yağmursuz keçəcək.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, martın 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Cənub küləyi arabir güclənəcək.



Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-12 dərəcə isti olacaq.



Martın 11-də Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi dağlıq və dağətəyi ərazilərdə arabir güclənəcək.



Havanın temperaturu aran rayonlarında gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-12 dərəcə isti olacaq.

Mənbə
ANS PRESS