Digər

Saatlıda 5-otaqlı ev yandı

Metbuat.az

Saatlı rayonunda ev yanıb. 



Milli.Az FHN-in saytına istinadən bildirir ki, rayonun Azadkənd kəndində vətəndaşa məxsus, ümumi sahəsi 120 kv.m olan birmərtəbəli, 5-otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.  Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



Milli.Az